Aryen Robben yenə əlçatmazdı
10.06.2015 - 15:52
Aryen Robben yenə əlçatmazdı

“Bavariya”da 2014/15 mövsümünün ən yaxşı futbolçusunun adına aydınlıq gəlib. Apasport.az saytı xəbər verir ki, Münhen klubunun azarkeşləri arasında keçirilən səsvermənin nəticəsinə görə, Aryen Robben hamını qabaqlayıb.


Hollandiyalı yarımmüdafiəçi səslərin 32,9 faizini toplayıb. Onun ən yaxın izləyiciləri olan hücumçu Tomas Müller 20,1 faiz, qapıçı Manuel Noyer isə 18,5 faiz səs qazanıb. Bununla da Robben ardıcıl ikinci dəfə “Bavariya”da mövsümün ən yaxşı futbolçusu seçilib.

 

Qeyd edək ki, Robben geridə qalan mövsümdə Bundesliqada meydançaya çıxdığı 30 oyunda 19 qola imza atıb.