“Hesab bizi aldatmasın. Rəqibimiz 0:1 hesabı ilə uduzsa da, qol vurmaq üçün şansları çox idi”. Bu sözləri apasport.az saytına açıqlamasında millimizin məşqçisi Aslan Kərimov deyib.
Dünən Norveçin öz meydanında Estoniyaya 0:1 hesabı ilə uduzduğu yoldaşlıq görüşünü izləyən Kərimov AVRO-2016-nın seçmə mərhələsində noyabrın 16-da millimizin qonağı olacaq skandinaviyalılar haqda fikirlərini açıqlayıb: “Adətən biz skandinaviyalıların hava toplarına üstünlük verdiyini görmüşük. Amma indi Norveç millisi fərqli futbol nümayiş etdirir. Daha çox yerlə oynayırlar. Mərkəzdə balacaboy sürətli və cəld futbolçuları var. Hücumlar da məhz bu oyunçuların sayəsində qurulur. Amma biz 1997-ci ildə DÇ-1998-in seçmə mərhələsində Norveçə 0:5 hesabı ilə uduzarkən, onlar demək olar bütün qolları hava ötürmələri və ucaboy futbolçularının sayəsində vurmuşdular. Amma indi hər şey fərqlidi”.
Kərimovun fikrincə, Norveç yığmasının da zəif cəhətləri var və bundan istifadə etmək lazımdı: “Təbii ki, bunu qeyd etmişəm. Qarşıdakı günlərdə məhz həmin zəif mövqeləri analiz edib, ona uyğun məşqlər edəcəyik. Futbolçulara da necə oynamaq lazım olduğunu başa salacağıq. Belə deyim biz bu komandanı Bakıda məğlub edib, 3 xal ala bilərik. Yəni, qalib gəlməyimiz mümkündü”.
Qeyd edək ki, Azərbaycan – Norveç oyunu noyabrın 16-da saat 21:00-da “Bakcell Arena”da start götürəcək.
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı