Astanada ilk qələbə
22.06.2015 - 10:51
17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Qazaxıstanın paytaxtı Astana şəhərində təşkil olunmuş “Prezident kuboku” turnirində ilk oyununu keçirib. Apasport.az saytının məlumatına görə, yığmamız Belarus komandası ilə qarşılaşıb.
Bu görüşdə millimiz 3:1 hesabı ilə qalib gəlib. Yığmamızın qollarını Pilağa Mehdiyev, Elçin Əsədov və Metin Güler vurub.
Qeyd edək ki, futbolçularımız turnirdə növbəti oyununu sabah - iyunun 23-də, Bakı vaxtı ilə saat 12:00-da, Rusiya-2 yığmasına qarşı keçirəcək.
0
0