[b]Xorxe Messi oğlundan danışdı[/b]
19.11.2014 - 20:09
[b]Xorxe Messi oğlundan danışdı[/b]

Lionel Messinin atası Xorxe Messi oğlunun "Barselona"dan ayrılacağı ilə bağlı yayılan iddialara münasibət bildirib. Apasport.az saytının məlumatına görə, ata bunların yanlış olduğunu vurğulayıb.

 

Xorxe Argentina millisinin futbolçusunun Kataloniya təmsilçinində xoşbəxt olduğunu deyib: “Hazırda biz “Barsa”da qalmağı düşünürük. Amma insanlar sətirarası oxumağa çalışırlar və hər şeyi də şişirdirlər. Lionel buradan razıdı. Əgər sabah klub deyəcəksə, “Messiyə təklif var, biz səni satmaq istəyirik”, - onda vəziyyəti öyrənmək lazım olacaq. Oğlumun isə "Barselona"dan ayrılmağı üçün bir səbəb yoxdu”.


Qeyd edək ki, həmişə müsahibələrində “Barselona”da xoşbəxt olduğunu və karyerasının sonuna qədər Kataloniya klubunda forma geyinəcəyini vurğulayan Messi ötən günkü müsahibəsində İspaniya təmsilçisindən ayrıla biləcəyinə işarə vurub.