AVRO-2016: İlk fərqlənən futbolçu Makqidi oldu
07.09.2014 - 22:14
İrlandiya milli komandasının yarımmüdafiəçisi Eyden Makqidi bu gün start verən AVRO-2016-nın seçmə mərhələsində bir ilkə imza atıb. Apasport.az saytının məlumatına görə, “Everton”un futbolçusu Tiflisdə Gürcüstan milli komandasına qarşı keçirilən oyunun 24-cü dəqiqəsində hesabı açıb.
Komandasının ilk topunu vuran 28 yaşlı oyunçu, həm də AVRO-2016-nın ilk qolunun müəllifi kimi tarixə düşüb.
Həmçinin Makqidi 90+1-ci dəqiqədə İrlandiyanın qələbə topunu vurub – 1:2
0
0