Avropa Liqasının V turunun noyabrın 27-də keçiriləcək “Sent-Etyen” (Farnsa) – “Qarabağ” (Azərbaycan) qarşılaşması yeni rekordla əlamətdar olacaq. Apasport.az saytının məlumatına görə, Fransadakı qarşılaşma klublarımızın cari mövsümdə keçirəcəyi 23-cü avrokubok qarşılaşmasıdı.
Bu da Azərbaycan klublarının qitə kuboklarındakı 20 illik çıxışı ərzində ən yüksək göstəricidi. İndiyədək klublarımız heç vaxt bir mövsümdə 23-dən artıq oyuna çıxmamışdı.
22 görüşdən ibarət rekord isə 2012/13 mövsümündə qeydə alınmışdı. Cari mövsümdə də eyni sayda oyun baş tutub ki, iki gün sonra bu rəqəm 23-ə çatacaq.
Qeyd edək ki, bu il keçirilən 22 avrokubok matçında təmsilçilərimiz 9 qələbə qazanıb, 4 heç-heçə edib və 9 dəfə məğlub olub.
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı