Sabah Avropa Liqasında 1/16 final mərhələsinə yekun vurulacaq. Apasport.az saytının məlumatına görə, baş tutacaq 16 cavab oyunu ilə 1/8 finala vəsiqələrin sahibləri müəyyənləşəcək.
Növbəti mərhələyə çıxan ilk komandanın adına Kazanda aydınlıq gələcək. Azərbaycan millisinin üzvü Ruslan Abışovun şərəfini qoruduğu Rusiya “Rubin”i öz meydanında İspaniya təmsilçisi “Betis”i qəbul edəcək. Səfərdə qollu heç-heçə edən şimallılar Sevilyada vurulan qol sayəsində cüzi üstünlüyə malikdir.
Ümumiyyətlə, 16 cütdən 8-də ilk oyun heç-heçə nəticələnib. Buna görə də həmin cütlərdə hər şeyə sabah baş tutacaq oyunlar aydınlıq gətirməlidir. Digər matçlardan 6-da isə 1/8 finalçı böyük ölçüdə sahibini tapıb.
Belə ki, səfərdə qalib gələn komandaların öz meydanında üstünlüyü əldən verəcəyi inandırıcı görünmür. 3 top fərqi ilə qalib gələn “Zalsburq”, rəqibindən 2 qol çox vuran “Fiorentina” ilə “Valensiya”nın işi daha asandır.
Yalnız iki komanda səfər məğlubiyyətinin əvəzini doğma azarkeşləri önündə çıxmalıdır. Türkiyə “Trabzonspor”u nisbətən çətin vəzifənin öhdəsindən gəlməlidir. Qonşu ölkə təmsilçisi İtaliyada buraxdığı 2 cavabsız qolun əvəzini “Yuventus”la ev oyununda çıxmağa çalışacaq.
UEFA Avropa Liqası, 1/16 final, cavab oyunları
27 fevral
21:00. “Rubin” (Rusiya) - “Betis” (İspaniya)
İlk oyun – 1:1
22:00. “Napoli” (İtaliya) - “Suonsi” (Uels)
İlk oyun - 0:0
22:00. “Sevilya” (İspaniya) - “Maribor” (Sloveniya)
İlk oyun - 2:2
22:00. “Zalsburq” (Avstriya) - “Ayaks” (Hollandiya)
İlk oyun – 3:0
22:00. “Ludoqorets” (Bolqarıstan) - “Latsio” (İtaliya)
İlk oyun – 1:0
22:00. “Bazel” (İsveçrə) - “Makkabi” (T, İsrail)
İlk oyun – 0:0
22:00. “Ayntraxt” (Almaniya) - “Porto” (Portuqaliya)
İlk oyun - 2:2
00:05. “Tottenhem” (İngiltərə) - “Dnepr” (Ukrayna)
İlk oyun – 0:1
00:05. “Trabzonspor” (Türkiyə) - “Yuventus” (İtaliya)
İlk oyun – 0:2
00:05. “Şaxtyor” (Ukrayna) - “Viktoriya” (Çexiya) –
İlk oyun - 1:1
00:05. “Lion” (Fransa) - “Çernomorets” (Ukrayna)
İlk oyun - 0:0
00:05. “Genk” (Belçika) - “Anji” (Rusiya)
İlk oyun - 0:0
00:05. “Valensiya” (İspaniya) - “Dinamo” (Ukrayna)
İlk oyun - 2:0
00:05. “Benfika” (Portuqaliya) - PAOK (Yunanıstan)
İlk oyun - 1:0
00:05. “Alkmaar” (Hollandiya) - “Slovan” (Çexiya)
İlk oyun - 1:0
00:05. “Fiorentina” (İtaliya) - “Esbyerq” (Danimarka)
İlk oyun – 3:1
- “Arsenal”dan “Əl-Hilal”a - KLUB TARİXİNİN ƏN BAHALI SATIŞI
- Argentinada Messiyə xüsusi jest – Oyunlar 10-cu dəqiqədə dayandırılacaq
- Ançelotti "Real"ın düşərgəsini ziyarət etdi
- Bosniya futbolunda bir dövr başa çatır – Edin Cekonun son matçı
- Obameyanq hökumətin tənqidindən sonra millidən getdi – “Bu, son damla oldu”