1/16 finalın oyunları başa çatdıqdan sonra Avropa Liqasında növbəti mərhələnin bütün iştirakçıları müəyyənləşib. Apasport.az saytının məlumatına görə, 1/8 finalın cütlükləri iki eyni ölkənin komandaları da üz-üzə gələcəklər.
Belə ki, ötən gün Türkiyə Təmsilçisi “Trabzonspor”u məğlub edərək mərhələ adlayan İtaliya “Yuventus”unun rəqibi “Fiorentina” klubudur. İspaniya La Liqası təmsilçiləri “Sevilya” və “Betis” də bir-birləri ilə savaşacaqlar.
Qeyd edək ki, bu mərhələnin görüşləri 13-20 mart tarixlərində baş tutacaq.
Avropa Liqasında 1/8 finalın bütün cütlükləri aşağıdakılardır:
"Yuventus" (İtaliya) - “Fiorentina” (İtaliya)
“Sevilya” (İspaniya) - “Betis” (İspaniya)
"Alkmaar” (Hollandiya) - “Anji” (Rusiya)
“Ludoqorets” (Bolqarıstan) - “Valensiya” (İspaniya)
“Lion” (Fransa) - Viktoriya” (Çexiya)
“Tottenhem” (İngiltərə) - "Benfika" (Portuqaliya)
"Bazel" (İsveçrə) - “Zalsburq” (Avstriya)
"Porto" (Portuqaliya) - "Napoli" (İtaliya)
- “Arsenal”dan “Əl-Hilal”a - KLUB TARİXİNİN ƏN BAHALI SATIŞI
- Argentinada Messiyə xüsusi jest – Oyunlar 10-cu dəqiqədə dayandırılacaq
- Ançelotti "Real"ın düşərgəsini ziyarət etdi
- Bosniya futbolunda bir dövr başa çatır – Edin Cekonun son matçı
- Obameyanq hökumətin tənqidindən sonra millidən getdi – “Bu, son damla oldu”