Avropa Liqasında 1 oyunun vaxtı və yeri dəyişdirildi
08.10.2014 - 08:18
Avropa Liqasında 1 oyunun vaxtı və yeri dəyişdirildi

Avropa Liqasının qrup mərhələsinin təqvimində dəyişiklik edilib. Apasport.az saytının məlumatına görə, III turda keçiriləcək “Metallist” (Ukrayna) – “Legiya” (Polşa) matçının vaxtı və yeri dəyişdirilib.

 

Buna Polşa təmsilçisinin Lvovda oynamaqdan boyun qaçırması olub. Elə buna görə də matç Kiyevdə keçiriləcək.

 

Lakin qarşılaşmanın oktyabrın 23-də keçirilməsi də mümkün olmayacaq. Çünki həmin gün paytaxta sığınan digər komanda “Dnepr” Azərbaycan çempionu “Qarabağ”ı qəbul edəcək. UEFA bu səbəbdən də qarşılaşmanın oktyabrın 22-də baş tutmasına qərar verib.