Avropa Liqasında yeni rekord
07.08.2015 - 12:53
Avropa Liqasında yeni rekord

Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçirilən “Borussiya” (Dortmund, Almaniya) – “Volfsberq” (Avstriya) qarşılaşması yarışın tarixinə düşüb. Apasport.az saytının məlumatına görə, Dortmunddakı qarşılaşmada turnirin teni rekordu qeydə alınıb.

 

Belə ki, dortmundluların 5:0 hesabı ilə qalib gəldiyi görüşü 65 min 100 tamaşaçı izləyib.

 

Bu isə əvvəl UEFA kuboku, 2009-cu ildən Avropa Liqası adlanan yarışın təsnifat mərhələləri (pley-off da daxil olmaqla) üçün ən yüksək göstəricidi. Bunadək rekord digər Almaniya klubu “Şalke”yə məxsus idi. 4 il əvvəl HİK (Finlandiya) ilə Helzenkirhendəki matçda 52 min 34 tamaşaçı qeydə alınıb.

 

“Borussiya” – “Volfsberq” oyunu 2009-cu ildən sonrakı, yəni Avropa Liqası adı ilə keçirilən dövr üçün 4-cü nəticədi. Rekord isə 5 ay əvvəl Kiyev “Dinamo”su (Ukrayna) ilə “Everton” (İngiltərə) arasında matçda rəsmiləşib – 67 min 553 tamaşaçı.

 

Ümumiyyətlə isə UEFA kuboku/Avropa Liqası turnirinin mütləq rekordu 1973-cü ilə təsadüf edib. İspaniya paytaxtı Madriddə “Real”la “İngiltərə “İpsviç”i arasında oyunu 110 min tamaşaçı stadiondan seyr edib.