“Sevilya”nın və Kolumbiya yığmasının hücumçusu Karlos Bakka “Liverpul”da oynamaq istəyir. Apasport.az saytının məlumatına görə, bu barədə futbolçunun meneceri Serxio Barila açıqlama verib.
Bir neçə təklif gəlməsinə baxmayaraq Bakkanın daha çox “Liverpul”un təklifi ilə maraqlandığını deyən menecer müştərisinin Çin və BƏƏ klublarından imtina etdiyini bildirib:
“Liverpul” hazırda “Sevilya” ilə danışıqlar aparır. Tərəflər razılaşsa Bakka İngiltərədə oynamağın əleyhinə deyil. Müştərim Çin və BƏƏ-dən gələn yüksək maliyyətli təklifləri isə karyerası naminə qəbul etmədi”.
Qeyd edək ki, ötən mövsüm “Sevilya” ilə Avropa Liqasının qalibi olmuş 28 yaşlı futbolçu hazırda Kolumbiya milli komandası ilə Amerika Kubokunda iştirak edir.