Avropa rekordu, Kvaratsxeliya və Nfor
10.04.2015 - 16:31
Avropa rekordu, Kvaratsxeliya və Nfor

Avrokubok oyununda ən çox qol vuran futbolçuların siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, UEFA-nın dərc etdiyi siyahıda bir matçda 6 qol vuranlar yer alıb.

 

Bu qitə rekorduna 4 futbolçu şərikdi.

 

1963-cü ildə “Sportinq”in (Portuqaliya) APOEL (Kipr) oyununda 6 qol vuran Makarennas meydan sahiblərinin 16:1 hesablı qələbəsində böyük rol oynayıb. 1965-ci ildə isə Lotar Emmerix “Borussiya” (Dortmund, Almaniya) – “Floriana” (Malta) qarşılaşmasının qəhrəmanı olub. Almaniyalı 8:0 hesablı qələbəyə 6 qolla töhfə verib. 1976-cı ildə Kiril Milanov “Levski”nin (Bolqarıstan) “Reypas” (Finlandiya) üzərində qələbəsində əsas fiqur kimi diqqət mərkəzinə düşüb. O, 12:2 hesabı ilə bitə qarşılaşmada 6 dəfə fərqlənib. Bu görüşlərin üçü də Kuboklar kubokuna təsadüf edib. 2003-cü ildə UEFA kubokunun “Lyun” (Danimarka) – “Runavik” (Farer adaları) matçında isə bütün qolları Eldar Hacimehmedoviç vurub – 6:0.

 

Azərbaycan klublarının heyətində qitə miqyaslı turnirlərdə ən çox qol vuran futbolçular isə het-triklə kifayətlənib. Buna iki dəfə təsadüf olunub.

 

2000-ci ildə Çempionlar Liqasının təsnifat mərhələsində Badri Kvaratsxeliya “Şəmkir”in “Skonto” üzərində qələbəsində (4:1) rol oynayıb. 2014-cü ildə - ötən yay isə Ernest Nfor Avropa Liqasında baş tutan “Çixura (Gürcüstan) – “Neftçi” qarşılaşmasının qəhrəmanı olub – 2:3.

0