Avropada 44-cü, dünyada 67-ci
02.09.2016 - 14:51
İlk dəfə qarşılaşacağımız San-Marino Azərbaycan millisinin tarixinə yeni rəqib kimi düşəcək. Apasport.az saytının məlumatına görə, DÇ-2018-in sentyabrın 4-də baş tutacaq seçmə oyununadək yığmamız bu cırtdan ölkənin komandası ilə görüşəcək.
San-Marino millimizin tarixində 67-ci rəqibi olacaq. Çünki əvvəlki 223 oyunda yığmamız 66 komanda ilə üz-üzə gəlib.
San-Marino UEFA-ya üzv olan ölkələrdən 44-cü rəqibimizdi. 55 assosiasiyanı birləşdirən qurumun təmsilçilərindən 54-ü ilə qarşılaşmaq ehtimalımız var ki, 10-u ilə görüşməmişik. San-Marino bu rəqəmi 9-a qədər azaldacaq.
0
0