Avropada böyük futbol həyəcanı: 6 gündə 52 oyun
08.10.2014 - 12:23
Avropada böyük futbol həyəcanı: 6 gündə 52 oyun

Sabah AVRO-2016-nın seçmə mərhələsində növbəti oyunlara start veriləcək. Apasport.az saytının məlumatına görə, bu dəfə qruplarda iki turun qarşılaşmaları keçiriləcək.

 

Hər tur 3 gün davam etdiyindən ardıcıl 6 gün bütün Avropanın diqqəti yaşıl meydanlara yönələcək. Turların hərəsində 5 komandanın olduğu İ qrupunda 2, digər qruplarda isə 3 oyun baş tutacaq. Ümumilikdə isə azarkeşlər 52 oyunun həyəcanını yaşayacaq.

 

H qrupunda çıxış edən Azərbaycan millisi də iki matça çıxacaq. Yığmamız favoritlərin qonağı olacaq. Berti Foqtsun yetirmələri oktyabrın 10-da İtaliya, 13-də Xorvatiya önünə çıxacaq.

 

Qonşu Türkiyə yığması isə ilk matçdakı məğlubiyyəti unutdurmaq üçün maksimum nəticə əldə etməlidir. “Ay-ulduzlular” Çexiya ilə ev, Latviya ilə səfər matçlarında vəziyyətini düzəltməyə çalışacaq.

 

6 gün ərzində baş tutacaq bəzi qarşılaşmalar daha çox maraq kəsb edir. G qrupunun favoritləri İsveçlə Rusiya artıq sabah üz-üzə gələcək. B qrupunun ən güclüləri sayılan Belçika ilə Bosniya və Herseqovina da bu oyunlarda münasibətlərinə aydınlıq gətirəcək. İ qrupunda isə Danimarka ilə Portuqaliyanın dueli böyük maraq kəsb edir.

 

AVRO-2016-nın seçmə mərhələsi

9 oktyabr

C qrupu

23:45. Belarus - Ukrayna

23:45. Makedoniya - Lüksemburq

23:45. Slovakiya - İspaniya

E qrupu

23:45. İngiltərə - San-Marino

23:45. Litva - Estoniya

23:45. Sloveniya – İsveçrə

G qrupu

23:45. Lixtenşteyn - Monteneqro

23:45. Moldova - Avstriya

23:45. İsveç - Rusiya

 

10 oktyabr

A qrupu

23:45. Latviya - İslandiya

23:45. Hollandiya - Qazaxıstan

23:45. Türkiyə - Çexiya

B qrupu

23:45. Belçika - Andorra

23:45. Kipr - İsrail

23:45. Uels – Bosniya və Herseqovina

H qrupu

23:45. Bolqarıstan - Xorvatiya

23:45. İTALİYA - AZƏRBAYCAN

23:45. Malta - Norveç

 

11 oktyabr

D qrupu

21:00. İrlandiya – Cəbəllütariq

21:00. Şotlandiya - Gürcüstan

23:45. Polşa - Almaniya

F qrupu

21:00. Rumıniya – Macarıstan

23:45. Finlandiya - Yunanıstan

23:45. Şimali İrlandiya – Farer adaları

İ qrupu

21:00. Ermənistan - Serbiya

23:45. Albaniya - Danimarka

 

12 oktyabr

C qrupu

21:00. Ukrayna - Makedoniya

23:45. Belarus - Slovakiya

23:45. Lüksemburq - İspaniya

E qrupu

21:00. Estoniya – İngiltərə

23:45. Litva - Sloveniya

G qrupu

21:00. Avstriya - Monteneqro

21:00. Rusiya - Moldova

23:45. İsveç - Lixtenşteyn

 

13 oktyabr

A qrupu

21:00. Qazaxıstan - Çexiya

23:45. İslandiya - Hollandiya

23:45. Latviya – Türkiyə

B qrupu

23:45. Andorra - İsrail

23:45. Bosniya və Herseqovina - Belçika

23:45. Uels - Kipr

H qrupu

23:45. XORVATİYA - AZƏRBAYCAN

23:45. Malta - İtaliya

23:45. Norveç - Bolqarıstan

 

14 oktyabr

D qrupu

23:45. Almaniya - İrlandiya

23:45. Polşa – Şotlandiya

23:45. Cəbəllütariq – Gürcüstan

E qrupu

23:45. San-Marino – İsveçrə

F qrupu

23:45. Finlandiya - Rumıniya

23:45. Yunanıstan – Şimali İrlandiya    

23:45. Farer adaları - Macarıstan

İ qrupu

23:45. Danimarka - Portuqaliya

23:45. Serbiya - Albaniya