UEFA-nın versiyasına görə Avropanın ən yaxşı oyunçusu adına namizədlərin siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, bura Çempionlar Liqasının finalında iştirak etmiş 8 futbolçu, Madrid “Real”ından Kristiano Ronaldo və “Çelsi”dən Eden Hazardın adı daxildi.
Avropanın ən yaxşısına veriləcək mükafat Monakoda Çempionlar Liqasının qrup mərhələsinin püşkatma mərasimi günü – avqustun 28-də təqdim olunacaq.
Seçimlər isə UEFA-ya üzv olan 54 ölkənin nümayəndələri və jurnalistlər arasında aparılacaq. Səsvermə hüququ olan hər kəs ən yaxşı hesab etdiyi 5 futbolçunun adını qeyd edəcək ki, birinci sırada adı çəkilən oyunçu 5, ikinci 4 xal alacaq. Sıralama və xallar bu şəkildə davam edcək.
Avqustun 12-də isə ilk üçlük açıqlanacaq.
Siyahıda aşağıdakı futbolçuların adları yer alıb:
Eden Hazard, Canluici Buffon, Arturo Vidal, Lionel Messi, Neymar, Andrea Pirlo, Pol Poqba, Kristiano Ronaldo, Luis Suares, Karlos Teves.
Xatırladaq ki, qitənin ən yaxşısı mükafatını daha əvvəl Lionel Messi (2011), Andreas İnyesta (2012), Frank Riberi (2013) və Kristiano Ronaldo (2014) qazanıb.
- Zidan Fransa millisində ilk məşqini keçirdi – Debüt Türkiyəyə qarşı olacaq
- Şeşko yenidən zədələndi – MİLLİNİN DÜŞƏRGƏSİNİ TƏRK ETDİ
- İngiltərə millisində zədə şoku - 5 futbolçu düşərgəni tərk etdi
- “Qalatasaray”dan Okan Burukla bağlı açıqlama
- “Fənərbaxça”nın futbolçusu əməliyyat olunub - 2 ay oynamayacaq