Ayın ən yaxşı “şeytan”ı müəyyənləşdi
29.03.2016 - 22:28
Ayın ən yaxşı “şeytan”ı müəyyənləşdi

"Mançester Yunayted" mart ayının ən yaxşı futbolçusunu seçib. Apasport.az saytının məlumatına görə, azarkeşlər arasında keçirilən sorğunun nəticəsinə əsasən, ispan qapıçı David de Xea ötən ayın ən yaxşısıdı.

 

O, bütün səslərin 72 faizini toplayıb.

 

Qeyd edək ki, de Xea mart ayında İngiltərə Premyer Liqasında iştirak etdiyi 3 oyunda qapısından cəmi 1 qol buraxıb.