AZAL-da ciddi itki
11.04.2015 - 11:25
AZAL-da ciddi itki

Bakının AZAL klubu ciddi itki ilə üzləşib. Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisi yarımmüdafiəçisi Viktor İqbekoyinin xidmətindən məhrum olub.

 

Buna səbəb nigeriyalı legionerin zədəsinin ciddi olmasıdı. Yarımmüdafiəçinin bud əzələsində 2 sm-lik yırtıq aşkarlanıb. Bu səbəbdən onun 4-6 həftə oynamayacağı məlum olub. Bu isə o deməkdi ki, Viktor üçün mövsümü bitmiş saymaq olar.

 

Qeyd edək ki, Premyer Liqada 213 oyuna 45 qol vuran İqbekoyi məhsuldarlığına görə Azərbaycanda çıxış etmiş legionerlər arasında 3-cüdü. O, yalnız Badri Kvaratsxeliya və Georgi Adamiyadan geri qalır. Afrikalı indiki klubunda 155 çempionat matçında 23 dəfə fərqlənib.