[b]AZAL-ın kapitanı üçün mövsüm bitdi[/b]
30.10.2015 - 15:46
[b]AZAL-ın kapitanı üçün mövsüm bitdi[/b]

AZAL klubunun kapitanı Seymur Əsədov Türkiyəyə yollanmağa hazırlaşır. Bu barədə məlumatı apasport.az saytına “təyyarəçilər”in baş məşqçisi Tərlan Əhmədov verib.

 

Gənc mütəxəssisin sözlərinə görə, Topaz Premyer Liqasının VI turunda “Sumqayıt”la oyunda zədələnən yarımmüdafiəçi gələn həftə cərrahiyyə əməliyyatı keçirəcək. Bu məqsədlə 21 yaşlı oyunçu noyabrın 2-də və ya 3-də Ankara şəhərinə yola düşəcək.

 

Sol diz bağları qopan Əsədov əməliyyatdan sonra bir müddət xəstəxanada qalacaq. Tərlan Əhmədov futbolçunun ən yaxşı halda 6 aydan sonra məşqlərə başlaya biləcəyini söyləyib. Bu isə o deməkdi ki, Seymur Əsədov üçün cari mövsüm artıq başa çatıb.

 

Qeyd edək ki, Seymur Əsədov bu mövsüm çempionatda 6 oyun keçirib.

0