AZAL iki oyun keçirəcək
29.04.2015 - 14:55
AZAL iki oyun keçirəcək

Topaz Premyer Liqasının XXXII turunda istirahət edəcək AZAL-da fasilə başa çatıb. Klubdan apasport.az saytına verilən məlumata görə, 3 günlük istirahəti başa vuran “təyyarəçilər” bu gündən məşqlərini bərpa edib.

 

Qarşıdakı turdan azad olduğu üçün mayın 9-dək çempionat oyunu keçirməyəcək paytaxt təmsilçisi bu müddətdə iki yoxlama görüşü keçirməyi planlaşdırır. Baş məşqçi Tərlan Əhmədov mayın 1-də klubun əvəzediciləri ilə yoxlama matçında oyunçularını sınayacaq. Mayın 4-də isə I divizion komandalarından biri ilə yoxlama oyunu təşkil ediləcək. Lakin hələlik rəqibin kimliyi bilinmir.

 

Qeyd edək ki, AZAL Topaz Premyer Liqasının XXXIII turu çərçivəsində mayın 9-da “Bakı” ilə qarşılaşacaq.