Azarkeşi döydü, futboldan 9 aylıq uzaqlaşdırıldı
29.04.2015 - 13:56
İran yığmasının və “Persepolis” klubunun futbolçusu Məhəmməd Rza Xanzadəyə ağır sanksiya tətbiq olunub. Apasport.az saytının məlumatına görə, müdafiəçi futboldan 9 ay müddətinə uzaqlaşdırılıb.
Buna Xanzadənin Asiya Çempionlar Liqasında Qətərin “Lexviya” klubu ilə qarşılaşmada azarkeşi döyməsi səbəb olub. Komandasının məğlubiyyətini həzm edə bilməyən iranlı futbolçu rəqibin fanatının üzünə zərbə endirmişdi.
Məhz bu hərəkətinə görə Xanzadə ağır cəzalandırılıb. Sanksiya ilə razı olmayan “Persepolis” klubunun rəhbərliyi apellyasiya şikayəti etməyə qərar verib.
0
0