Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Apasport.az saytının məlumatına görə, toplantıda Topaz Premyer Liqasının XXII turunda qeydə alınan qanun pozuntularına hüquqi qiymət verilib.
“Xəzər Lənkəran”la səfər matçında 5 futbolçusu sarı vərəqə cəzalan “Bakı” 1000 manat cərimə ödəyəcək. Oyunun 79-cu dəqiqəsində “Xəzər Lənkəran” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçün cənublular 2000 manat cərimələnib.
“Simurq” – “Sumqayıt” matçının 32-ci dəqiqəsində qonaq komandanın futbolçusu Vurğun Hüseynov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, kluba 200 manat cərimə kəsilib.
“Qarabağ”la ev oyununda 4 futbolçusu sarı vərəqə alan “Rəvan” isə 1000 manat ziayna düşüb.
- “Arsenal”dan “Əl-Hilal”a - KLUB TARİXİNİN ƏN BAHALI SATIŞI
- Argentinada Messiyə xüsusi jest – Oyunlar 10-cu dəqiqədə dayandırılacaq
- Ançelotti "Real"ın düşərgəsini ziyarət etdi
- Bosniya futbolunda bir dövr başa çatır – Edin Cekonun son matçı
- Obameyanq hökumətin tənqidindən sonra millidən getdi – “Bu, son damla oldu”