Azarkeşlər Mustafa Dənizlini istəyirlər
18.06.2014 - 15:06
“Qalatasaray” azarkeşləri klubun prezidenti Ünal Aysala məktub ünvanlayıblar. Apasport.az xəbər verir ki, “sarı qırmızı”lı tərəfdarlar baş məşqçi postunun Mustafa Dənizliyə etibar edilməsini istəyiblər.
Onlar “Xəzər Lənkəran”ın sabiq çalışdırıcısı ilə uğur qazanacaqlarına inam ifadə ediblər. Aysal isə tərəfdarlara cavab olaraq bildirib ki, narahatlığa səbəb yoxdur və Dənizlinin bu posta gətirilməsi barədə bir daha düşünəcək.
Qeyd edək ki, “Qalatarasay” Roberto Mançinin gedişindən sonra baş məşqçisiz qalıb.
0
0