İngiltərəli futbol azarkeşlər «Mançester Yunayted» komandasının havbeki Tom Kleverlinin Braziliyada keçiriləcək dünya çempionatına aparılmasının əleyhinə çıxıblar. Apasport.az saytının məlumatına görə, azarkeşlər milli komandanın baş məşqçisi Roy Hocsona məktub yazaraq Kleverlini çempionata aparmamağı tələb ediblər.
Artıq məktubu 10 minə yaxın azarkeş imzalayıb. Onlar bildirirlər ki, Roy Hocson tərəfindən daimi olaraq mili komandaya çağırılan Kleverli yığmanın tərkibində 13 oyun keçirsə də, heç bir real qolçu keyfiyyətinə malik deyil: «Biz özümüzü məğrur futbol milləti hesab edirik. Kleverli isə bu keyfiyyətə malik deyil. O, bu ilin yayında keçiriləcək dünya çempionatının oyunlarında iştiraklardan məhrum edilməlidir».
Qeyd edək ki, Tom Kleverli həqiqətən də çox zəif çıxış edir. O, bu mövsümdə İngiltərə çempionatının 19 oyununda iştirak edib. Kleverli bu oyunlarda 1 qol vurub, 3 sarı vərəqə alıb.
- “Arsenal”dan “Əl-Hilal”a - KLUB TARİXİNİN ƏN BAHALI SATIŞI
- Argentinada Messiyə xüsusi jest – Oyunlar 10-cu dəqiqədə dayandırılacaq
- Ançelotti "Real"ın düşərgəsini ziyarət etdi
- Bosniya futbolunda bir dövr başa çatır – Edin Cekonun son matçı
- Obameyanq hökumətin tənqidindən sonra millidən getdi – “Bu, son damla oldu”