Azərbaycan – Filippin: Sərbəst giriş
04.03.2014 - 09:11
Azərbaycan – Filippin: Sərbəst giriş

Azərbaycan milli komandasının 2014-cü ildəki ilk oyununa girişin qiyməti bəlli olub. Apasport.az saytının məlumatına görə, yığmamızın martın 5-də Filippinlə keçirəcəyi yoxlama matçını izləmək istəyənlər xərcə düşməyəcək.

 

Belə ki, BƏƏ-nin Dubay şəhərində keçiriləcək yoldaşlıq matçına bilet satışı təşkil edilməyib. Çünki qarşılaşmanın baş tutacağı “Əl-Şabab” stadionuna giriş sərbəst olacaq.

 

Qeyd edək ki, görüş saat 19:00-da başlayacaq.