Azərbaycan – Malta: Mətbuat konfranslarının vaxtı açıqlandı
19.03.2015 - 15:10
Azərbaycan – Malta: Mətbuat konfranslarının vaxtı açıqlandı

AVRO-2016-nın seçmə mərhələsində keçiriləcək Azərbaycan – Malta oyunu öncəsi baş tutacaq açıq məşq və mətbuat konfranslarının vaxtı açıqlanıb. Apasport.az saytının məlumatına görə, martın 28-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq görüşdən əvvəl millimizin iki açıq məşqi olacaq.

 

Bu hazırlıqların hər ikisinin son 15 dəqiqəsi açıq olacaq. Media nümayəndələri maltalıların yalnız bir məşqini izləyə biləcək. Baş məşqçilər Rpbert Prosineçki və Pyetro Qedin isə qarşılaşmadan bir gen öncə jurnalistlər önünə çıxacaq.

 

Azərbaycan milli komandası

25 mart, saat 15:45

İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu

Mətbuat və azarkeşlər üçün ilk 15 dəqiqəsi açıq məşq

(3 futbolçudan müsahibə)

 

27 mart, saat 20:30

Tofiq Bəhramov adına Respublika stadionu

Baş məşqçinin mətbuat konfransı

 

27 mart, saat 21:00

Tofiq Bəhramov adına Respublika stadionu

Mətbuat və azarkeşlər üçün ilk 15 dəqiqəsi açıq məşq

 

Malta milli komandası

27 mart, saat 10:00

Tofiq Bəhramov adına Respublika stadionu

Mətbuat və azarkeşlər üçün ilk 15 dəqiqəsi açıq məşq

 

27 mart, saat 11:30

Tofiq Bəhramov adına Respublika stadionu

Baş məşqçinin mətbuat konfransı

 

Mənbə: affa.az