AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan – Norveç oyununun hakimləri açıqlanıb. Apasport.az saytının məlumatına görə, noyabrın 16-da, saat 21:00-da, “Bakcell Arena”da keçiriləcək matçı ukraynalı hakimlər briqadası idarə edəcək.
Qarşılaşmanı Yevgeni Aranovski idarə edəcək. 38 yaşlı hakimə həmyerlilərindən ibarət briqada kömək edəcək.
AVRO-2016-nın seçmə mərhələsi
H qrupu
21:00. AZƏRBAYCAN - NORVEÇ
Baş hakim: Yevgeni Aranovski
Baş hakimin köməkçiləri: Aleksandr Voytyuk, Semen Shlonchak
Dördüncü hakim: Sergey Bekker
Əlavə köməkçi hakimlər: Sergey Boyko, Anatoli Abdula (hamısı Ukrayna)
Hakim-inspektor: Zoran Petroviç (Serbiya)
UEFA nümayəndəsi: Mehmet Süheyl Önen (Türkiyə)
Bakı. “Bakcell Arena” stadionu
Mənbə: affa.az
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı