Millimizin Xorvatiya ilə oyununun keçiriləcəyi stadion müəyyənləşdi
08.05.2015 - 14:23
AVRO-2016-nın seçmə mərhələsinin Azərbaycan – Xorvatiya matçının keçiriləcəyi stadion müəyyənləşib. Apasport.az saytının məlumatına görə, millimiz öz meydanındakı növbəti seçmə oyununu “Bakcell Arena”da keçirəcək.
Bu qarşılaşma sentyabrın 3-də baş tutacaq. Görüş saat 21:00-da başlayacaq.
Qeyd edək ki, millimiz Bolqarıstan və Norveçlə də bu stadionda qarşılaşıb. Malta ilə ev oyunu Tofiq Bəhramov adına Respublika stadionunda baş tutub.
Mənbə: affa.az
0
0