Azərbaycan çempionatında mövsümün rekordu
30.04.2015 - 15:35
Azərbaycan çempionatında mövsümün rekordu

Əvəzedicilərin çempionatında XXXII tura start verilib. Apasport.az saytının məlumatına görə, turun ilk günündə 2 qarşılaşma baş tutub.

 

Çempionatın liderləri “Simurq”la “İnter”in oyununda komandalar hərəyə 1 qolla 1 xal qazanıb. “Neftçi” – “Sumqayıt” qarşılaşmasında isə mövsümün rekordu qeydə alınıb.

 

Belə ki, “ağ-qaralar”ın 7:3 hesabı ilə qalib gəldiyi matç 2014/15 mövsümün üçün ən məhsuldar matçdı. Paytaxt təmsilçisinin heyətində əsas komandanın üzvü Ernest Nfor da növbəti qolunu vurub.

 

XXXII tur

30 aprel

“Neftçi” – “Sumqayıt” – 7:3

Ernest Nfor, 16; Etibar Süleymanov, 29; 30; 88; Mirabdulla Abbasov, 38; 82; Cavid Muxtarzadə, 90 - Elmin Ağayev, 42; Emin Əliyev, 53; Ruslan Sorokin, 90+2 (p.)

“Simurq” – “İnter” – 1:1

Oruc Balaşlı, 52 - Ülvi İbazadə, 35

 

1

Simurq

29

17

4

8

63-32

55

2

İnter

28

16

6

6

67-35

54

3

Neftçi

29

13

8

8

47-41

47

4

Qəbələ

28

12

7

9

41-38

43

5

Xəzər Lənkəran

27

11

5

11

32-42

38

6

Qarabağ

28

10

3

15

38-48

33

7

Bakı

27

9

3

15

40-48

30

8

AZAL

28

7

8

13

28-41

29

9

Sumqayıt

28

5

8

15

38-69

23