Azərbaycan çempionu üçün potensial rəqiblər
13.05.2015 - 11:08
Azərbaycan çempionu üçün potensial rəqiblər

Çempionlar Liqasının 2015/16 mövsümünün iştirakçılarından 41-i məlumdu. Apasport.az saytının xəbərinə görə, yeni mövsümdə qitənin ən nüfuzlu klub turnirinə qatılacaq klublardan 11-nin qrup mərhələsində iştirakı dəqiqləşib.

 

Daha 7 klub qrupda oynamağa yaxındı. Lakin onların milli çempionatın finişindəki çıxışı həlledici xarakter daşıyır. Çünki bu komandaların qrupla yanaşı, təsnifat mərhələsində oynamaq ehtimalı da var.

 

3 komandanın III təsnifat mərhələsindən mübarizəyə qoşulması dəqiqləşib.

 

Azərbaycan çempionunun da yarışa qatılacağı II təsnifat mərhələsinin 13 iştirakçısı bəllidi. Bu komandalardan 6-sı səpələnmiş, 5-i səpələnməmişlərin səbətində yer alıb.

 

“Qarabağ” Topaz Premyer Liqasının qalibi olsa, səpələnmişlərdən olacaq. Bu da o deməkdi ki, onların 5 potensial rəqibi bəllidi. Əgər “İnter” çempion olsa, böyük ehtimalla səpələnməmişlərdən biri olacaq. Belə olan halda isə onların bəxtin güclü rəqib düşəcək.

 

Çempionlar Liqasının 2015/16 mövsümünün iştirakçıları

 

Qrup mərhələsi: “Bavariya”, “Volfsburq” (hər ikisi Almaniya), “Olimpiakos” (Yunsnıatan), PSV (Hollandiya), “Barselona”, “Real” (hər ikisi İspaniya), “Çelsi” (İngiltərə), “Yuventus”  (İtaliya), “Benfika”, “Porto” (hər ikisi Portuqaliya), PSJ (Fransa)

 

IV təsnifat mərhələsi

Qeyri-müəyyən

“Sportinq” (Portuqaliya)

 

III təsnifat mərhələsi

Səpələnmişlər

“Zalsburq” (Avstriya), “Ayaks” (Hollandiya), “Bazel” (İsveçrə)

 

II təsnifat mərhələsi

Səpələnmişlər

BATE (Belarus), “Molde” (Norveç), HİK (Finladniya), “Malmö” (İsveç), “Dinamo” (Xorvatiya), “Seltik” (Şotlandiya)

Səpələnməmişlər

“Jalgiris” (Litva), “Astana” (Qazaxıstan), “Styarnan” (İslandiya),  “Dandalk” (İrlandiya), “Hibernians” (Malta)

Qeyri-müəyyənlər

“Ventspils” (Latviya), “Videoton” (Macarıstan)

 

I təsnifat mərhələsi

Səpələnmişlər

TNS (Uels), “Levadiya” (Estoniya), “Santa Koloma” (Andorra)

Səpələnməmişlər

“Linkoln” (Cəbəllürariq), B-36 (Farer adaları)

Qeyri-müəyyən

“Kruzaders” (Şimali İrlandiya)

 

Qrup mərhələsi və ya təsnifat mərhələsində oynayacağı dəqiqləşməyənlər: “Bayer”, “Borussiya” M (hər ikisi Almaniya), “Lion” (Fransa), “Atletiko” (İspaniya), “Mançester Siri”, “Arsenal” (hər ikisi İngiltərə), “Zenit” Rusiya)

 

Qeyd edək ki, ilk iki təsnifat mərhələsinin püşkü iyunun 22-də atılacaq.