“Araz” üzərində qələbəyə görə çox sevinirik. Bu oyunun nəticəsi qeydi-adi idi. Artıq futzalda da kiçik möcüzələr baş verir”. Apasport.az saytının məlumatına görə, bu sözləri Slovakiyanın “Slov-Matik” klubunun baş məşqçisi Yan Yanik deyib.
Mütəxəssis UEFA kubokunun elit-raundunun Naxçıvan “Araz”ı ilə oyunundakı 4:3 hesablı qələbəyə şərh verib: “Biz “Dördlər finalı”nın iştirakçısı olan komandaya qalib gəldik. Azərbaycan çempionunun heyətində xeyli sayda braziliyalılar var. Onların iddialı, böyük hədəfləri olan komandaya malikdi. Biz isə onlara qalib gələ bildik. Bunun üçün çox xoşbəxtik. İlk yarıda əla müdafiə olunub, qol vurduq. Fasilədən sonra böyük təzyiqlə üzləşdik. Bu da nəticəsini verdi. Düşünürəm ki, istəyimizə çatdıq. Etiraf edim ki, bəxtimiz də gətirdi. Qapıçımız və dirəklər dəfələrlə bizi xilas etdi”.
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı