Avropa Liqasının ilk 4 turu ilə bağlı statistik göstəricilər açıqlanıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionu “Qarabağ” qapı istiqamətində zərbələrin sayında qitə klubları ilə ayaqlaşmaqda çətinlik çəkir. Buna əsasən hücumu məntiqi sonluğa çatdırmağı təmsilçimizin ən zəif nöqtələrindən biri də saymaq olar.
Belə ki, təmsilçimiz 4 görüşdə ümumilikdə 35 zərbə vurub. Bu isə 48 iştirakçı arasında 42-ci nəticədi. “Qarabağ” yalnız 6 komandanı qabaqlayır.
“Çərçivə”yə cəmi 11 dəfə düşən təmsilçimiz yalnız iki komandanı arxada qoyub. HİK və “Kopenhagen”lə eyni göstəriciyə malik təmsilçimiz 48 klub arasında 44-46-cı yerləri bölür. Qeyri-dəqiq zərbələrin sayı 14 olan ağdamlılar yarışın 42-45-cı komandaları sırasındadı.