Azərbaycan klubunun oyunçularını ruslar məyus etdi
28.10.2014 - 18:22
Futzal üzrə Serbiya yığması Rusiya ilə 2 yoldaşlıq oyunu keçirib. Apasport.az saytının məlumatına görə, Serbiyada keçirilən hər 2 görüşdə qonaqlar qalib gəlib.
Ruslar ilk matçda 3:2, ertəsi gün baş tutan matçda isə 1:0 hesabı ilə qalib gəlib. Bu görüşdə Azərbaycanın “Fənər” klubunun serbiyalı oyunçuları - Slobodan Rayçeviç start, Vladimir Laziç isə ehtiyat heyətdən meydana çıxıb. Eləcə də “Araz”ın sabiq futzalçısı Marko Periç də bu görüşlərin iştirakçısı olub.
0
0