Azərbaycan kuboku: Püşk atıldı
15.10.2014 - 14:52
Azərbaycan kuboku: Püşk atıldı

Bu gün Azərbaycan kubokunda yeni mövsümün püşkatma mərasimi keçirilib. Apasport.az saytının məlumatına görə, Avropa Liqasının II təsnifat mərhələsinə də vəsiqə verən mükafat uğrunda mübarizəyə qoşulacaq komandalar rəqiblərini tanıyıb.

 

AFFA-nın inzibati binasında keçiriləcək tədbirdə həm ilkin – 1/16 final, həm də didər mərhələlərin cütləri bəlli olub. Artıq gələn həftə start götürəcək ilk mərhələdə 4 komanda mübarizə aparacaqsa, 14-ü yarışa 1/8 finaldan qoşulacaq.

 

Topaz Premyer Liqasının 10 klubuna I divizionun 8 komandası rəqib olacaq. Aşağı dəstənin digər 8 təmsilçisi isə mükafata iddiaçılar arasına qoşulmamağa qərar verib. Bunlar “Kəpəz”, “Şəmkir”, “Turan Tovuz”, “Energetik”, “Şuşa”, “Göyəzən”, “Bakılı” və “Mil-Muğan”dı. 1/16 və 1/8 final cütləri 1 oyunda münasibətlərini aydınlaşdırdığından ev sahibi olacaq komanda da püşklə müəyyənləşib.

 

Qeyd edək ki, bu il baş tutacaq 1/16 final mərhələsinin oyunları oktyabr 22-də, 1/8 final mərhələsinin oyunları dekabrın 3-də tarixində keçiriləcək. 

 

1/16 final

1. MOİK - "Lokomotiv"
2."Qaradağ Lökbatan" - "Zirə"

 

1/8 final

3. “Sumqayit” - “Bakı”

4. “Xəzər Lənkəran” – “Araz-Naxçıvan”

5. “Simurq” – “Rəvan”

6. “Neftçala” - AZAL

7. “Qarabağ” - 1-ci cütün qalibi

8. “Şahdağ” - “İnter”

9. “Qəbələ” – “Ağsu”

10. “Neftçi” – 2-ci cütün qalibi

 

1/4 final

11. 10-cu cütün qalibi - 6-cı cütün qalibi

12. 8-ci cütün qalibi - 4-cü cütün qalibi

13. 3-cü cütün qalibi - 7-ci cütün qalibi

14. 5-ci cütün qalibi - 9-cu cütün qalibi

 

1/2 final

15. 11-cı cütün qalibi - 12-ci cütün qalibi

16. 13-cü cütün qalibi - 14-cü cütün qalibi

 

Final

17. 15-ci cütün qalibi - 16-cı cütün qalibi

0