Azərbaycan kuboku: İlk yarımfinal oyunlarının vaxtı açıqlandı
08.04.2015 - 15:20
Azərbaycan kuboku: İlk yarımfinal oyunlarının vaxtı açıqlandı

Azərbaycan kubokunun 1/2 final mərhələsinin ilk oyunlarının vaxtı müəyyənləşib. Apasport.az saytının məlumatına görə. aprelin 13-də keçiriləcək hər iki qarşılaşma Bakıda baş tutacaq.

 

İlk oyunlara ev sahibliyi edən “Neftçi” də, “Qarabağ” da ev oyunlarını “Bakcell Arena”da keçirdiyindən sonuncular “İnter Arena”ya üz tutub.

 

Belə ki, ağdamlılar “Simurq”u “İnter”in meydanında qəbul edəcək. “Bankir”lər isə “Bakcell Arena”da “Neftçi”nin qonağı olacaq.

 

Azərbaycan kuboku

Yarımfinal

13 aprel (bazar ertəsi)

 

18:00. “Qarabağ” – “Simurq”

“İnter Arena”

 

19:00. “Neftçi” – “İnter”

“Bakcell Arena”

 

Mənbə: pfl.az