Azərbaycan kuboku: İlk yarımfinalçı Bakı klubu olacaq
14.03.2014 - 17:00
Azərbaycan kuboku: İlk yarımfinalçı Bakı klubu olacaq

Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyunlarının başlama vaxtları açıqlanıb. Apasport.az saytının məlumatına görə, ilk yarımfinalçı “Bakı” və “Rəvan” arasında paytaxt derbisində müəyyənləşəcək. Sonuncu yarımfinalçı isə Bakı klublarının iştirakı ilə baş tutacaq digər dueldə bəlli olacaq. Həmin oyunda “Neftçi” “İnter”i qəbul edəcək.

 

Azərbaycan kuboku

1/4 final, cavab oyunları

19 mart ( çərşənbə)

14:00. “Bakı” – “Rəvan”
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu
 

16:00. “Xəzər Lənkəran” – “Araz Naxçıvan”
“Xəzər Lənkəran”mərkəzi şəhər stadionu
 

17:00. “Qarabağ” – “Qəbələ”
Tofiq Bəhramov adına Respublika stadionu
 

19:00. “Neftçi” – “İnter”
“Bakcell Arena” stadionu

 

Mənbə: pfl.az