Azərbaycan kubokunun finalçıları nə vaxt müəyyənləşəcək?
16.04.2015 - 15:48
Azərbaycan kubokunun finalçıları nə vaxt müəyyənləşəcək?

Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab görüşlərinin vaxtı açıqlanıb. Apasport.az saytının məlumatına görə, ilk finalçı Zaqatalada müəyyənləşə bilər.

 

Belə ki, cavab oyunlarına “Simurq” – “Qarabağ” matçı ilə start veriləcək. Bu matçda 1 saat sonra isə “İnter”lə “Neftçi” arasında paytaxt derbisi başlayacaq.

 

Qeyd edək ki, ilk oyunlarda “Qarabağ” 1:0, “Neftçi” 2:0 hesabı ilə qalib gəlib.


Azərbaycan kuboku

Yarımfinal, cavab oyunları

21 aprel (çərşənbə axşamı)

18:00. “Simurq” – “Qarabağ”
Zaqatala şəhər stadionu

 

19:00. “İnter” – “Neftçi”
“İnter Arena”

Mənbə: pfl.az