19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsində Macarıstanla keçirdiyi ilk oyununun statistik göstəriciləri açıqlanıb. Apasport.az saytının məlumatına görə, 1:1 hesablı heç-heçəyə nail olan yığmamız oyun komponentlərində meydan sahiblərindən geri qalıb.
90 dəqiqə ərzində qapı istiqamətinə millimizdən üçqat artıq zərbə vuran macarlar çərçivəyə də daha çox düşüblər. Azərbaycan millisi matç boyu yalnız 1 dəfə qapını dəqiq nişan alıb ki, bu da Budaq Nəsirovun qolu ilə nəticələnib.
Cəmi 1 künc zərbəsi vurub, “ofsayd”a düşməyən yığmamız uzatma dəqiqələrində say üstünlüyü də qazanıb.
|
Macarıstan |
|
Azərbaycan |
|
1 |
Qollar |
1 |
|
16 |
Zərbələr |
6 |
|
8 |
Çərçivəyə zərbələr |
1 |
|
6 |
Qeyri-dəqiq zərbələ |
4 |
|
2 |
Qarşısı alınan zərbələr |
1 |
|
1 |
Dirək və tir |
0 |
|
5 |
Künc zərbələri |
1 |
|
3 |
Oyundan kənar vəziyyət |
0 |
|
1 |
Sarı vərəqələr |
4 |
|
1 |
Qırmızı vərəqə |
0 |
|
18 |
Qayda pozuntuları |
17 |
|
17 |
Qayda pozuntusuna məruz qalmaq |
18 |