Azərbaycan millisi: Son 8 ilin ən uğursuz dövrü
18.11.2014 - 00:00
Azərbaycan millisi: Son 8 ilin ən uğursuz dövrü

Azərbaycan millisi son 8 ildə ən uğursuz dövrünü yaşayır. Apasport.az saytının məlumatına görə, 2014-cü ildə keçirdiyi 8 matçda cəmi 1 qələbə qazanıb, 3 qol vuran komandamız 2007-ci ildən bəri belə zəif çıxış etməyib.

 

Yığmamız sonuncu dəfə belə və ya bundan pis oynamasına 2006-cı ildə təsadüf olunub. Onda yığmanın əksər aparıcı üzvlərindən imtina edən Şahin Diniyevin başçılıq etdiyi yığma ümumiyyətlə qələbə üzünə həsrət qalmışdı. Onda cəmi 2 qol vuran yığmamız elə indiki kimi 8 matça çıxmışdı. Amma onda məğlubiyyət sayı indikindən az – 4 idi.

 

Düzdü, 2014-cü ildə 1 qələbə qazanan yığmamız əvvəlki 7 illə müqayisədə qələbə sayı ilə yanaşı, oyun sayında da geri qalıb. Yoldaşlıq matçlarının azlığı müəyyən mənada qələbə və qol sayına da təsir edib. Amma son iki ilə nəzər salsaq, məğlubiyyətlərin də artması diqqət çəkir.

 

il

O

Q

H

M

T/F

X

1992

1

0

0

1

3-6

0

1993

4

3

1

0

9-5

10

1994

6

0

0

6

1-15

0

1995

6

0

1

5

2-21

1

1996

9

3

2

4

8-13

11

1997

10

1

1

8

5-19

4

1998

10

5

2

3

9-12

17

1999

9

1

2

6

8-24

5

2000

9

0

2

7

2-13

2

2001

10

2

2

6

6-15

8

2002

11

1

4

6

5-15

7

2003

8

1

2

5

8-18

5

2004

11

2

5

4

11-18

11

2005

11

0

2

9

2-24

2

2006

8

0

4

4

2-15

4

2007

14

4

3

7

11-24

15

2008

11

2

4

5

6-9

10

2009

13

2

3

8

8-23

9

2010

10

3

3

4

9-17

12

2011

10

2

1

7

9-20

7

2012

10

2

4

4

10-12

10

2013

12

3

7

2

11-8

16

2014

8

1

1

6

3-17

4

 

Qeyd edək ki, yığmamız 2014-cü ildə Filippin üzərində 1:0 hesablı qələbədən sonra 7 görüşdə - ABŞ (0:2), Özbəkistan (0:0), Rusiya (0:4), Bolqarıstan (1:2), İtaliya (1:2), Xorvatiya (0:6), Norveç (0:1) milliləri ilə matçlarda qalib gələ bilməyib.