Azərbaycan millisi yeni stadionda
19.05.2015 - 09:16
Azərbaycan millisi yeni stadionda

21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsində keçiriləcək Almaniya – Azərbaycan oyununun keçiriləcəyi məkan müəyyənləşib. Apasport.az saytının məlumatına görə, AVRO-2017-nin seçmə mərhələsinin VII qrupunda baş tutacaq qarşılaşmaya Reqensburq şəhəri ev sahibliyi edəcək.

 

Qarşılaşma bu şəhərin yeni “Kontinental Arena” stadionunda keçiriləcək. Görüş noyabrın 13-də baş tutacaq.

 

15115 tamaşaçı tutan stadionun inşası hələ gələn ay başa çatacaq. 53 milyon avroya başa gələn stadionun açılışı isə iyulun əvvəlinə təsadüf edəcək. Həmin vaxt yerli “Reqensburq” “Auqsburq”u qəbul edəcək.