Azərbaycan yığması 16 komanda arasında
11.09.2014 - 11:24
Azərbaycan yığması 16 komanda arasında

Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən Valentin Qranatkinin xatirəsinə həsr olunan turnirin iştirakçılarının tam siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, yanvarın 3-11-də baş tutacaq yarışda 16 komanda iştirak edəcək.

 

1997-ci il təvəllüdlü futbolçuların çıxış edəcəyi turnirdə Azərbaycan millisi də qüvvəsini sınayacaq. Turnirdə Albaniya, Belarus, Bolqarıstan, Latviya, Litva, Malta, Moldova, Rusiya, Sankt-Peterburq, Slovakiya, Sloveniya, Finlandiya, Estoniya, Cənubi Koreya, Yaponiya yığmaları da mübarizə aparacaq.