Azərbaycan yığması Albaniya ilə qarşılaşacaq
12.09.2014 - 11:14
Azərbaycan yığması Albaniya ilə qarşılaşacaq

19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması beynəlxalq turnirdə iştirak edəcək. Apasport.az saytının məlumatına görə, yığmamız Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təşkil olunmuş yarışda qüvvəsini sınayacaq.

 

Bu turnir sentyabrın 14-dən 20-dək keçiriləcək. Yığmamız Qətər, Albaniya və meydan sahibləri ilə görüşəcək.

 

16 sentyabr

19:30. Azərbaycan - Qətər

 

18 sentyabr

17:30. Azərbaycan - Albaniya

 

20 sentyabr

19:30. BƏƏ - Azərbaycan