21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, noyabrın 4-dən 10-dək Bakıda, 11-dən 17-dək isə Maltanın paytaxtı Valettada baş tutacaq təlim-məşq toplanışında 19 futbolçu iştirak edəcək.
Bernhard Lippert adaya Məqsəd İsayev, Samir Məsimov, Elvin Bədəlov (hamısı “Neftçi”), Azər Salahlı, Fuad Bayramov, Abbas Hüseynov, Coşqun Diniyev (hamısı “İnter”), Rəşad Əzizli, Vadim Abdullayev (hər ikisi “Simurq”), Şahrudin Maqomedaliyev, Tərlan Əhmədli, Cəmil Hacıyev (hamısı “Sumqayıt”), Elvin Camalov, Sadiq Quliyev (hər ikisi "Qəbələ"), Namik Ələskərov (“Qarabağ”), Azad Kərimov (“Bakı”), Taşkın İlter (“Ayntraxt”, Braunşveyq, Almaniya), Bayram Budaqov (klubsuz), Dursun Akdağdan (“Hammer SpVg”, Almaniya) ibarət heyətlə yollanacaq.
Hazırlıq prosesi çərçivəsində yığmamız noyabrın 16-da “Hibernians” stadionunda Maltanın U-21 millisi ilə yoldaşlıq oyunu keçirəcək.
Qeyd edək ki, toplanışa dəvət alanlardan Ələskərov noyabrın 7-də, Taşkın İlter isə noyabrın 15-də komandaya qoşulacaq.
- Acun Ilıcalıdan iddialı sözlər – “Las-Veqası onların ayağına gətirəcəyəm”
- “Liverpul”da nəhəng müqavilə: ”TURKİSH AİRLİNES”
- İlin ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb
- “Trabzonspor”dan Vitor Pereyra həmləsi – Danışıqlar başlayıb
- Türk Hava Yolları “Liverpul”a sponsor oldu - 5 il üçün 300 milyon funt