“Seçmə mərhələyə məğlubiyyətsiz başlamaq vacib idi. Şadam ki, bu vacib işin öhdəsindən gəldik”. Apasport.az saytının məlumatına görə, bu sözləri 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Nikolay Adam deyib.
Almaniyalı mütəxəssis Avropa çempionatının seçmə mərhələsinin 4-cü qrupundakı ilk turunun Macarıstanla oyunu haqda fikirlərini açıqlayıb: “İkinci hissənin ortalarında Elnur Cəfərovu dəyişməklə, taktiki dəyişikliyə əl atdıq. Ümumiyyətlə, dəyişikliklər oyunun tərkib hissəsidi. Həmin vaxt hesabda geridə idik. Nəyisə dəyişməyimiz lazım idi. Nəticədə cavab qolunu vura bildik”.
Qeyd edək ki, Azərbaycan millisi Macarıstanda baş tutan qarşılaşmada 1:1 hesablı heç-heçəyə nail olub.
Mənbə: affa.az