[b]Niko Kovaç: Azərbaycanla matçda heç kim 6:0 hesabını gözləmirdi[/b]
14.10.2014 - 01:25
[b]Niko Kovaç: Azərbaycanla matçda heç kim 6:0 hesabını gözləmirdi[/b]

“Bu matçda heç kim belə hesab gözləmirdi”. Apasport.az saytının məlumatına görə, bu sözləri Xorvatiya millisinin baş məşqçisi Niko Kovaç deyib.

AVRO-2016-nın seçmə mərhələsində yığmamız səfərdə Xorvatiya ilə qarşılaşıb. Görüşdə meydan sahibləri 6:0 hesabı ilə qələbə qazanıblar.

Matçdan sonra gənc çalışdırıcı bunları ifadə edib: “Mən matçdan öncə futbolçulara sürətli oynayıb, erkən qol vurmağı tapşırmışdım. Rəqibdən isə çəkməməyi xahiş etdim. Nəticədə azarkeşlərimizi sevindirməyi bacardıq. Hərçənd, qarşılaşmanın sonlarında oyunun tempini bir az azaltdıq. Düzdü, uşaqları başa düşürəm. Çünki onlar sabah öz klublarına qayıtmalıdırlar və orada da çalışacaqlar. Qələbə münasibəti ilə futbolçularımı təbrik edirəm”.