Azərbaycanlı hakim Bolqarıstanda ilk matçına çıxdı
08.05.2015 - 17:37
Azərbaycanlı hakim Bolqarıstanda ilk matçına çıxdı

17 yaşadək futbolçular arasında Avropa çempionatının Bolqarıstanda keçirilən final mərhələsində I tura yekun vurulub. Apasport.az saytının məlumatına görə, yarışın 2-ci günündə Azərbaycan təmsilçisi Namiq Hüseynov da meydana çıxıb.

 

Yan xətt hakimimiz C qrupunda keçirilən Yunanıstan – Rusiya matçında iştirak edib. Bu qarşılaşma 2:2 hesabı ilə başa çatıb.

 

Qeyd edək ki, həmyerlimizlə eyni briqadada baş hakim belçikalı Erik Lambrexts olub. Digər ayn xətt hakimi uelsli Qaret Vin Yones, ehtiyat referi isə bolqarıstanlı Georgi Kanakov olub.