Azərbaycanlı hakimlər Avropa Liqasında
24.06.2015 - 11:36
Azərbaycanlı hakimlər Avropa Liqasında

Azərbaycanlı FİFA hakimləri Avropa Liqasının I təsnifat mərhələsinə təyinat alıblar. Apasport.az saytının məlumatına görə, Orxan Məmmədov və Rəhim Həsənovun başçılıq etdiyi briqadalar cavab oyunlarında ədaləti qoruyacaq.

 

Məmmədovun idarə edəcəyi “Beroe” (Bolqarıstan) – “Atlantas” (Litva) görüşündə ona Yaşar Abbasov, Vaqif Musayev, Ramil Əhmədov kömək edəcək. “Dudelange” (Lüksemburq) – “UCD” (İrlandiya) qarşılaşmasında Həsənovla yanaşı, Namiq Hüseynov, Rza Məmmədov, Əliyar Ağayev də iş başında olacaq.

 

Mənbə: affa.az