Azərbaycan milli komandasının AVRO-2016-nın seçmə mərhələsində çıxışı ilə əlaqədar Premyer Liqada yaranan fasilədən istifadə edən "İnter" hazırlıqlarını davam etdirir. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, "İnter Arena" stadionunda bu gün məşqə çıxan komanda üzvləri isinmə hərəkətlərindən sonra müxtəlif tapşırıqlar üzərində çalışıblar.
Xatırladaq ki, noyabrın 13-də “bankirlər” Zaqatalanın "Simurq" klubu ilə qarşılaşacaq. Yoxlama matçı "İnter Arena" stadionunda baş tutacaq. Qarşılaşma saat 17.00-da başlayacaq.
Qeyd edək ki, zədə üzündən bir müddət meydançadan uzaq qalmış Baçana Sxadadze də artıq Bakıdadır və gürcüstanlı hücumçu dünəndən etibarən fərdi məşq edir.
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı