“Neftçi” klubunun futbolçusu Bahodir Nasimov Özbəkistan millisinə çağırılıb. Apasport.az saytının məlumatına görə, son turlarda paytaxt təmsilçisinin əvəzedici komandasına göndərilən 27 yaşlı hücumçu BƏƏ yığması ilə oyun üçün açıqlanan heyətdə yer alıb.
Özbəkistan millisinin baş məşqçisi Mircəlal Kasımov Asiya kubokunun seçmə mərhələsinin martın 5-də baş tutacaq görüşünə Nasimovu da çağırıb. Yığma bu matçın hazırlıqlarına fevralın 27-də start verəcək. Bu isə o deməkdir ki, Nasimov Topaz Premyer Liqasının XXIV turunun “Qarabağ”la oyununda da “Neftçi”yə kömək etməyəcək.
Qeyd edək ki, Özbəkistan – BƏƏ oyunu Daşkəndin “Bunedkor” stadionunda keçiriləcək.
- “Arsenal”dan “Əl-Hilal”a - KLUB TARİXİNİN ƏN BAHALI SATIŞI
- Argentinada Messiyə xüsusi jest – Oyunlar 10-cu dəqiqədə dayandırılacaq
- Ançelotti "Real"ın düşərgəsini ziyarət etdi
- Bosniya futbolunda bir dövr başa çatır – Edin Cekonun son matçı
- Obameyanq hökumətin tənqidindən sonra millidən getdi – “Bu, son damla oldu”