Bakı “İnter”i belçikalı forvardla maraqlanır
10.09.2014 - 14:54
“İnter” “Xəzər Lənkəran”ın sabiq hücumçusu Junior Nildonu heyətinə qatmasına baxmayaraq, ön xəttə daha bir futbolçu almağı planlaşdırıb. Apasport.az saytının əldə etdiyi xəbərə görə, baş məşqçi Kaxaber Sxadadze Avropadan hazırda heç bir kluba məxsus olmayan bir hücumçunu istəyir.
Adını dəqiqləşdirə bilməsək də, bu futbolçunun Belçikadan olduğu dəqiqdir. Bundan başqa, “İnter” Avropadan daha bir yarımmüdafiəçini də sıralarına qatmaqda maraqlıdır.
0
0