Bakı klubu “Bavariya”dan öndə
11.03.2015 - 09:20
Bakı klubu “Bavariya”dan öndə

Milli çempionatlarda ən az qol buraxan klubların siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, ən azı 5 oyun keçirən komandalar arasında rekord Bosniya və Herseqovinanın “Zrinski” klubuna məxsusdu.

 

16 matçda 6 top buraxan komandanın orta göstəricisi – 0,38-ə bərabərdi. Moldova “Milsami”sində bu rəqəm 0,39, Monteneqro “Rudar”ı və İordaniyanın “Əl-Vidat” klublarında 0,40-dı.

 

Siyahının 13-cü pilləsində isə Bakı “İnter”i qərarlaşıb. 22 oyunda 10 qola üzülən paytaxt təmsilçisinin orta göstəricisi 0,45-ə bərabərdi. Topaz Premyer Liqasında 2-ci pillədə qərarlaşan Kaxaber Sxadadzenin yetirmələrinin ən yaxın izləyiciləri “Bavariya” (Almaniya) və “Benfika”da (Portuqaliya) bu göstərici 0,46-dı.